İsveçrədə iki sərnişin qatarı toqquşub: Xəsarət alanlar var

17:29 - 11 Sentyabr 2017 - DÜNYA

İsveçrədə iki sərnişin qatarı toqquşub.APA-nın Lenta.ru-a istinadən verdiyi xəbərə görə, Andermatt kəndi yaxınlığında qeydə alınan hadisə nəticəsində 30-a yaxın sərnişin xəsarət alıb.Qəza ilə əlaqədar qatarların hər iki istiqamətdə hərəkəti tam məhdudlaşdırılıb.
Hadisə yerinə xilasedici qüvvələr və tibb işçiləri cəlb edilib. Qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumat yoxdur.

Xəbər xətti