Bakıda marşrut avtobusu qəza törədib

15:20 - 11 Sentyabr 2017 - HADİSƏ

Bakıda marşrut avtobusu qəza törədib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 83 saylı marşrut avtobusu Təbriz və Əhməd Ağaoğlu küçələrinin kəsişməsində işıq dirəyinə çırpılıb. Yüksək sürətlə hərəkət edən avtobus sağa dönmək istəyərkən idarəetməni itirib.
Qəza nəticəsində dirək aşıb, avtobusa ziddi zərər dəyib. Sərnişinlərdən yaralanan olmayıb.

Xəbər xətti