Sabirabadda qəzaya düşən mikroavtobusda ölən və yaralananların adı məlum olub - TAM SİYAHI

14:03 - 11 Sentyabr 2017 - HADİSƏ

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, 1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev idarə etdiyi sərnişin mikroavtobusu ilə hərəkətdə olan zaman idarə etməni itirib və mikroavtobusu aşırıb. Nəticədə iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Ölənlər:

1946-cı il təvəllüdlü Teymur Zərbəliyev;

1993-cü il təvəllüdlü Gülzar Abbasova.

Yaralılar:

1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev;

1974- cü il təvəllüdlü Bəylər Dədəkişi oğlu Quluzadə;

1991- cu il təvəllüdlü Kamran Rail oğlu Ələkbərov;

1992- ci il təvəllüdlü Amil Məmməd oğlu Əhmədov;

1968- ci il təvəllüdlü Şəhla Məmmədağa qızı Abbasova;

1957- ci il təvəllüdlü Böyükkişi Böyükağa oğlu Ağayev;

1963 - cü il təvəllüdlü Zeynəb Sadıq qızı Novruzova;

1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov.

Qeyd edək ki, yaralılardan dördünün vəziyyətinin ağır oğlduğundan Bakıdakı özəl klinikalardan birinə köçürlüb.

***12:29

 

Sabirabd rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Muğan prospektində baş verib.

Belə ki, sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Qəzaya düşən mikroavtobusda sürücü ilə birlikdə 12 nəfərin olduğu bildirlir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti