"İrma" qasırğası ABŞ-ın Florida ştatına yaxınlaşıb

11:05 - 10 Sentyabr 2017 - DÜNYA

Fırtına və leysan ABŞ-ın Florida ştatının cənubuna çatıb. "Report" "BBC"-ə istinadən xəbər verir ki, dağıdıcı "İrma" qasırğası yarımadaya yaxınlaşıb. Ştatın sahillərində suyun səviyyəsi artır. Qasırğanın alçaq ərazilərin su basmalarına gətirib çıxaracağı gözlənilir. Yerli hakimiyyət orqanları 6,3 milyon sakinin təxliyyə edilməsi barədə göstəriş verib. Bu, Florida əhalisinin dörddə birindən çox hissəsi deməkdir. "İrma" qasırğasının Birləşmiş Ştatların sahilinə bu gün, günortaya yaxın çatacağı gözlənilir.

Xəbər xətti