Bakıda “KamAZ” piyadanı vurub

13:26 - 9 Sentyabr 2017 - HADİSƏ

Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 8-də saat 21 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Fəxrəddin Məmmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Qəşəm Dünyamalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti