Roma Papasının təyyarəsi istiqamətini dəyişdi - “İrma”ya görə

14:47 - 8 Sentyabr 2017 - HADİSƏ

Roma Papası I Fransiskin Kolumbiyaya səfəri zamanı onun olduğu təyyarə “İrma” qasırğasına görə istiqamətini dəyişməli olub. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, təyyarə paytaxt Boqota hava limanında eniş edib. Qeyd edək ki, Roma Papasının Kolumbiyaya beşgünlük səfəri başlayıb. Səfər zamanı o, Kolumbiyada katolik messasında və digər dini mərasimlərdə iştirak edəcək. Papanın səfəri ölkədə uzun illər davam etmiş hökumət qüvvələri ilə üsyançılar arasında mübarizədən sonra imzalanmış atəşkəsdən sonraya təsadüf edib. Bununla əlaqədar olaraq I Fransisk bütün dünyada sülhə çağırış edib. Qeyd edək ki, sonuncu dəfə Roma Papası qismində Kolumbiyaya 1987-ci ildə II İoann Pavel səfər etmişdi. 

Xəbər xətti