Ana səhifə
25 Noyabr 2017

Bakıda oğlanlar kirayə ev tapmırlar - VİDEO

Sentyabr ayı yaxınlaşdıqca kirayə bazarında müəyyən canlanma müşahidə olunur. Ayın ortalarına kimi həm büdcəsinə, həm də yaşayış şəraitinə uyğun ev axtaran tələbələrlə yanaşı, mənzil qiymətlərində də artım başlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun əməkdaşları bu məqamda paytaxt ərazisində bir çox daşınmaz əmlak ofislərində olub və qiymətlərlə maraqlanıb. Ev alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərindən məlum olub ki, ötən illərə nisbətən bu il uyğun qiymətə ev tapmaq bir qədər qəlizləşib:

“Ərəblərin ölkəmizə gəlməsi kirayə bazarına da təsirsiz ötüşməyib. Hazırda “Nərimanov”, “Gənclik”, “28 May” metrostansiyalarının yaxınlığında, demək olar ki, 350-500 manat civarında ev tapmaq qeyri-mümkündür. Boş evlərin qiyməti 600 manatdan başlayır, o da tələbələrin büdcəsinə uyğun gəlmir”.

Daha sonra “Neftçilər” metrosunun yaxınlığında rieltor və ev sahiblərinin daim toplaşdığı parka üz tutduq. Parkda vurulmuş elanda ərazidə əmlak alqı-satqısı işlərinin aparılmasının cinayət məsuliyyəti daşıdığı qeyd olunsa da, xeyli sayda şəxsə rast gəlmək olardı.

Oğlanlara ev verilmədiyi üçün çarəsiz qalan tələbələr isə artıq 2 aydan çoxdur ki, mənzil axtardıqlarını deyib:

“Naxçıvandan gəlmişəm, ev axtarıram. Ancaq mənzil sahibləri oğlanlara ev vermək istəmir. Belə getsə, sentyabrdan məsciddə gecələyəcəyik”.

Sözügedən mövzu ilə əlaqədar hazırladığımız videomaterialı təqdim edirik:

 

Tarix
8 Sentyabr 2017 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ