"Qarabağ" futbol klubunun prezidenti Abdolbari Goozal komandayla görüşüb - VİDEO

09:20 - 8 Sentyabr 2017 - İDMAN

"Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı "Çelsi"ylə matçın hazırlıqlarını davam etdirir. Klubun prezidenti Abdolbari Goozal axşam məşqindən öncə komandanı ziyarət edib. Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla da yaxından maraqlanıb. Daha sonra Abdolbari Goozal Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb.

 


Xəbər xətti