Rusiyada hərbi poliqonda partlayış: 1 ölü, 5 yaralı

17:23 - 7 Sentyabr 2017 - DÜNYA

Rusiyada hərbi poliqonda partlayış baş verib. APA-nın Rusiya bürosunun Qərb Hərbi dairəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, Leninqrad vilayətində yerləşən poliqonda baş verən partlayış zamanı bir hərbçi ölüb, 5 nəfər yaralanıb.
"Bu gün yerli vaxtla saat 12:30 radələrində Leninqrad vilayətində yerləşən poliqonda keçirilən tanklardan planlaşdırılmış atış zamanı mərmi altı nəfər mühəndis istehkamçısının yaxınlığında partlayıb. Nəticədə bir hərbçi ölüb, 5-i yaralanıb", - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti