Ana səhifə
26 Aprel 2018

Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri, xanım Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə xanım Dragana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov xanım Dragana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzu edib.

Tarix
7 Sentyabr 2017 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ