"Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR

12:45 - 7 Sentyabr 2017 - İDMAN

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Roma" (İtaliya) oyununun biletləri sentyabrın 7-dən satışa çıxarılacaq. Ucnoqta.az xəbər verir ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ın qarşılaşacağı “Roma” ilə matçın biletləri bu gün saat 17:00-dan etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar. Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
Şatış məntəqələri: 
Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop) 
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) 
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
Azarkeşlər biletləri “ASAN” Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.

Xəbər xətti