Bakıda 17 yaşlı oğlan intihara cəhd edib

10:25 - 7 Sentyabr 2017 - HADİSƏ

Bakıda gənc oğlan özünü bıçaqlayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, intihara cəhd hadisəsi Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Həsən Əliyev küçəsindəki evlərdən birində yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Murad Firuddin oğlu özünə bıçaqla xəsarət yetirərək intihara cəhd göstərib. Yaxınları onu xəstəxanaya yerləşdirib. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xəbər xətti