Mövlud Çavuşoğlu: “Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”

12:48 - 6 Sentyabr 2017 - SİYASƏT

Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı və azərbaycanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu deyib ki, Türkiyənin Azərbaycan və Gürcüstanla həyata keçirdiyi layihələr tək bu ölkələrin deyil, regionun rifahı üçündür: “2018-ci ildə TANAP layihəsi başlayacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfədir. Bununla yanaşı Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində işlər bitmək üzrədir. Test səfərləri olacaq, bu barədə tarixləri danışdıq. Bu, təkcə 3 ölkəni birləşdirən layihə deyil”.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib.Apa

Xəbər xətti