Abşeronda mağazadan 35 min manat oğurlayan şəxs tutulub

11:58 - 6 Sentyabr 2017 - HADİSƏ

Abşeron rayonu ərazisində mağazadan 35 min manat oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub.

Xəbər xətti