Nazir: "Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirakdan sonra Azərbaycana gələcək"

11:57 - 6 Sentyabr 2017 - DÜNYA

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyasının açılışında iştirak etdikdən sonra Azərbaycana gələcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zamanı bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti sessiyasının açılışı sentyabrın ortalarında Nyu-Yorkda baş tutacaq.
Xatırladaq ki, daha əvvəl Türkiyə prezidentinin Azərbaycana sentyabrın 10-11-də səfər edəcəyi planlaşdırılırdı, amma onun iş qrafikinin gərgin olması səbəbindən səfər təxirə salınıb.

Xəbər xətti