Putin: “Şimali Koreya ot yeməyə razı olar, nüvə proqramından əl çəkməz”

11:57 - 6 Sentyabr 2017 - SİYASƏT

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya tərəfi Şimali Koreyanın nüvə ölkəsi statusunu tanımır. Putin məsələ ilə bağlı deyib: “Prinsipial mövqeyimizi bildirmişik: Şimali Koreyanın nüvə ölkəsi statusunu tanımırıq. Pxenyanın raket-nüvə proqramı BMT TŞ-nin qətnamələrini kobud şəkildə pozur”.

Bununla birlikdə, Rusiya prezidenti qeyd edib ki, emosiyalara qapılmaq və problemi yalnız sanksiyalar yolu ilə həll etməyə çalışmaq olmaz. “Şimali Koreya ot yeyər, amma nüvə proqramından əl çəkməz”, - Putin əlavə edib. //Virtualaz.org

Xəbər xətti