Gədəbəydə 7 yaşlı oğlanı avtomobil vurub

10:49 - 6 Sentyabr 2017 - HADİSƏ

Gədəbəy rayonunda ağır yol qəzası baş verib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Gədəbəy-Şəmkir yolunun 1-ci kilometrliyində "Hyundai" markalı, 99 GZ 021 dövlət qeydiyyat nişanlı minik avtomobili 2010-cu il təvəllüdlü Hüseynli Elxan Elnur oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.
Bildirilir ki, hadisə 7 yaşlı Elxan yolu keçməyə çalışarkən baş verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti