Bakıda Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir

10:42 - 6 Sentyabr 2017 - SİYASƏT

Bakıda Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilir. Görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.Apa

Xəbər xətti