Tovuzda tüstüdən kütləvi zəhərlənmə: 8 nəfər xəstəxanaya yerləşdirildi

10:43 - 5 Sentyabr 2017 - HADİSƏ

Tovuz rayonunda baş vermiş yanğın hadisəsi zamanı kütləvi zəhərlənmə olub. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd ərazisində ticarət obyektlərindən birində yanğın olub.
Kənd sakinləri yanğının qarşısını almaq üçün tədbirlər görüb. Yanğının qarşısını alarkən 1 nəfər qadın olmaqla, 8 nəfər tüstüdən zəhərlənib.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Qədimov Eldəniz Eldar oğlu, 1981-ci il təvəllüdlü Vəliyev Mehman Mahmud oğlu, 1994-cü il təvəllüdlü Əsədov Qəhrəman Qüdrət oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Xəyal Əli oğlu, 1990-cı il təvəllüdlü Ələsgərov Elvin Şərif oğlu, 1992-ci il təvəllüdlü Əsədov Murad Qüdrət oğlu, 1976-cı il təvəllüdlü Seyidov Kamran Məhərrəm oğlu və 1967-ci il təvəllüdlü Həsənova Elmira Həsən qızı zəhərlənmə ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Zəhərlənənlərə tibbi yardım göstərilib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıb.

Xəbər xətti