Bakıda avtomobil piyadanı vurub

14:12 - 4 Sentyabr 2017 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində, Bakı şəhər sakini Etibar Əlizadə idarə etdiyi “Mercedes” markalı maşınla yolu keçən, 1989-cu il təvəllüdlü Sahəddin Əhmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti