Qaradağda yük gəmisində yanğın olub

16:52 - 2 Sentyabr 2017 - HADİSƏ

Qaradağda yük gəmisi yanıb.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda BARJA-TMİ-6 yuk daşıma gəmisində ümumi sahəsi 12 kv.m olan istirahət otağı yanıb. Gəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Xəbər xətti