"Qarabağ"dan növbəti transfer

21:14 - 1 Sentyabr 2017 - İDMAN

Yay transfer pəncərəsinin son günündə “Qarabağ” növbəti transferini həyata keçirib.  Klubun rəsmi saytında verilən xəbərə görə,  Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. 27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir. Qeyd edək ki, daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub. Xatırladaq ki, Enrike "Qarabağ"ın yay trasnfer pəncərəsində etdiyi 6-cı transferdir. Ağdam klubu buna qədər Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski ("Şaxtyor"), Yakub Rzejniçak ("Legiya"), Donald Gerye ("Alanyaspor") və  Ramil Şeydayevi ("Trabzonspor") də heyətinə cəlb edib.  Qol.az

Xəbər xətti