Ana səhifə
25 Noyabr 2017

Azərbaycanlı idmançının meyiti günlərdir Livan morqunda qalıb - 20 min dollar istəyirlər

Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib. Ucnoqta.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər. İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib. Dostlarının verdiyi məlumata görə, nə hadisə baş verən ölkə, nə də Azərbaycanın oradakı diplomatik nümayəndəliyi məsələyə ciddi yanaşır: “Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”. X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu, Ordubadda internatda böyüdüyü bildirilir.

Tarix
31 Avqust 2017 [09:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ