Ana səhifə
21 Noyabr 2018

Avropa Birliyinə ən yaxın namizəd

Avropa Komissiyası bildirir ki, korrupsiya və mətbuat azadlığına məhdudiyyətlər Balkan ölkələrinin Avropa Birliyinə üzv olmaq müraciətlərini laxladır.

Oktybarın 8-də Avropa Komissiyası Qərbi Balkan ölkələrinin gördüyü işlərin  qiymətləndirməsini elan edib.

Hesabatda deyilir ki, Qərbi Balkan ölkələri arasında Avropa Birliyinə üzvlüyə ən yaxını Monteneqrodur.

Ancaq Monteneqro ədliyyə sistemində islahatlarda daha çox irəliləyiş etməlidir. Yoxsa üzvlük danışıqları ləngiyəcək.

Serbiya korrupsiya ilə mübarizəyə böyük siyasi təkan verib, ancaq korrupsiya hələ bir çox sahələrdə qalır.  

Hesabatda Serbiyaya irad tutulur ki, Serbiya  Avropa Birliyinin Rusiyaya qarşı sanskiyalarının ardınca getmək istəmir. Bu da Serbiyanın Birliyə üzvlüyünə mane olur.

Ancaq Serbiyanın ən çox narazılıq doğuran sahəsi media azadlığıdır.

Bosniyaya iradlar siyahısı uzundur. Bosniya vətənbdaş cəmiyyəti ilə hökumətin dialoqa getməməyindən tutmuş ədliyyə sitemində islahatlara, mütəşəkkil cinayətkarlıqla mübarizəyəcən bir çox sahələrdə tənqid olunur.

Kosovo da Avropa Birliyinə üzv olmaq istəyir, ancaq burda da korrupsiya və ədliyyə sisteminin müstəqil olmaması Avropa Birliyinin nrazılığını doğurur.

 

Tarix
8 Oktyabr 2014 [19:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin