Elmar Məmmədyarov Tacikistanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

16:58 - 29 Avqust 2017 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib. XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səfir Soli Rüstəm etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.
Səfir Soli Rüstəm ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov Səfir Soli Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzu edib.


Xəbər xətti