Ana səhifə
21 Noyabr 2018

İki qadın boksçumuz medalını təmin edib

Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir.

 

 

Ucnoqta.az xəbər verir ki, apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iki üzvü yarımfinala vəsiqə qazanaraq, yarışın medallarını özlərinə təmin ediblər.

Avropa çempionu Yelena Vıstropova (69 kq) 1/4 finalda ABŞ təmsilçisi Danielle Volf üzərində qələbə qazanıb -2:1. Boksçumuz yarımfinalda Panama idmançısı Athena Bilonla qarşılaşacaq.

60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyeva da yarımfinala yüksəlib. Milli komandamızın üzvü 1/4 finalda avstraliyalı Şelli Votsu mübarizədən kənarlaşdırıb – 3:0. Alekseyevanın növbəti rəqibi Fransa təmsilçisi Estell Mosseli olacaq.

Anna Əlimardanova isə (54 kq) 1/4 finalda uduzaraq, medal qazanmaq şansını itirib. Millimizin üzvü türkiyəli Ayşə Taşa məğlub olub – 0:3.

Yarımfinal görüşləri noyabrın 23-də, finallar isə bundan bir gün sonra olacaq. 

 

Tarix
21 Noyabr 2014 [12:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin