“Neftçi” 800, “Qarabağ” 1600, “İnter” 200 manat cərimələndi

12:45 - 29 Avqust 2017 - İDMAN

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub. “Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.
“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib. Paytaxt klubu 200 manat ziyana düşüb.
“Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.

Xəbər xətti