Ana səhifə
15 Dekabr 2018

Portuqaliyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

“Portuqaliya parlamentinin üzvü Rubini Berardinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-nə dəvət olunub, məsələ ilə bağlı Azərbaycanın narahatlığı ifadə olunub”.
Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev portuqaliyalı parlamentarın bu ayın ortalarında Dağlıq Qarabağa qanunsuz səfəri etməsi və görüşlər keçirməsini şərh edərkən deyib. 
O bildirib ki, Portuqaliya nümayəndəsinin bu səfərinin fərdi xarakter daşıdığı, Portuqaliya XİN-nin internet saytında Dağlıq Qarabağa səfərlərdən çəkinmək üçün ölkə vətəndaşlarına xəbərdarlığın yerləşdirildiyi qeyd olunaraq, məsələ barəsində Azərbaycanın narahatlığının öz ölkəsinə çatdırılacağı bildirilib: “Portuqaliya beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin noyabrında Portuqaliyaya rəsmi səfəri çərçivəsində Portuqaliyanın bu rəsmi mövqeyi ölkənin xarici işlər naziri və digər rəsmiləri tərəfindən bir daha səsləndirilib. Ermənistan tərəfinin bu kimi lüzumsuz təxribatçı əməllərin əvəzinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar təkliflərinə uyğun olaraq konstruktiv addımlar atması regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə faydalı olardı”.
Hikmət Hacıyev bildirib ki, haqqında bəhs olunan şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Tarix
28 Avqust 2017 [14:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin