Dino Ndlovu: "Potensialımızı ortaya qoyacağıq"

12:27 - 28 Avqust 2017 - İDMAN

"Çempionlar Liqasında oynamaq ifadəolunmaz bir hisdir. Amma biz debütantıq. Buna görə də bizim üçün çətin olacaq". Bu sözləri "Qarabağ"ın futbolçusu Dino Ndlovu "Kickoff"a deyib.
27 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Atletiko", "Roma" kimi komandalarla oynamağın möhtəşəm olacağını bildirib: " Biz oyunlarda öz potensialımızı ortaya qoyacağıq".
D.Ndlovu bildirib ki, ÇL-in qrupunda ilk dəfə oynayacaqları üçün heç bir təzyiq altında olmayacaqlar: "Heç nə itirməyəcəyik. Çünki qrupda bizim heç bir ambisiyamız yoxdur. Bu sadəcə təcrübə olacaq".qol.az

Xəbər xətti