Gəncədə arvadını və qayınanasını döyən və avtomobil qaçıran şəxs tutulub

12:23 - 28 Avqust 2017 - HADİSƏ

Gəncə şəhərində həyat yoldaşını və qayınanasını döyən əvvəllər məhkum olunmuş şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində həyat yoldaşı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində ataraq gedib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Xəbər xətti