Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

11:25 - 27 Avqust 2017 - HADİSƏ

Tovuz rayonunda iki gün əvvəl avtomobil tərəfindən vurulan 67 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, avqustun 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasının qarşısında Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Cəmilə Tapdıq qızı İsmayılova yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Yaralı gecə saatlarında yerləşdirildiyi Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti