Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

15:12 - 25 Avqust 2017 - ÖLKƏ İÇİ

Avqustun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, q
əbulda bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. 

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Xəbər xətti