Ana səhifə
18 İyul 2018

"Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq” - "Qarabağ"ın meneceri

"Çempionlar Liqasının qrup mərhələsində  Atletiko", "Çelsi" və "Roma" ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. İlk dəfə qrup mərhələsində oynayacağımıza görə digər komandalar üçün asan rəqibik. Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq”. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın meneceri Asif Əsgərov Çempionlar Liqasının qrup mərhələsinin dünən keçirilən püşkatma mərasimindən sonra Türkiyənin Anadolu agentliyinə deyib.
O, Ağdam klubuna dəstək olan türklərə təşəkkür edib: “Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avrokuboklardakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar. "Kopenhagen”lə səfər matçına da çoxlu türkiyəli qardaşımız gəlmişdi. "İki dövlət, bir millət” olduğumuzu hər yerdə sübut edirik".
Ə.Əsgərov bundan sonrakı səfər oyunlarında türklərdən necə dəstək gözlədiyi ilə bağlı sualı belə cavablandırıb: "Bir hər matçımızda türk və azərbaycanlıların qardaş olduqlarını görürük. Bu böyük oyunlarda onlardan hər zaman dəstək gözləyirik. Sağ olsunlar, indiyə kimi bizi dəstəkləyiblər. Üç səfər görüşümüzdə də belə davam edəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq".
"Qarabağ"ın  meneceri ÇL-də qrup mərhələsində oynayacaq "Beşiktaş"a da uğurlar arzulayıb: "Bizim hədəfimiz Çempionlar Liqasının qrupuna qalmaq idi. Bunun sevincini yaşayırıq. "Beşiktaş"ın daha da irəli getməsini arzulayırıq".

Tarix
25 Avqust 2017 [12:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin