Bakıda maşın 50 yaşlı kişini vuraraq öldürüb

11:28 - 25 Avqust 2017 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini Teymur Hüseynov idarə etdiyi “Renault” markalı maşınla yolu keçmək istəyən, 1967-ci il təvəllüdlü Fazil Hüseynovu vurub. Piyada aldığı xəsarətdən ölüb.
Sürücü hadisə baş verəndən sonra qaçsa da, həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Apa

Xəbər xətti