Cəlilabadda 4 otaqlı ev yanıb

13:05 - 24 Avqust 2017 - HADİSƏ

Cəlilabadın Privolnoye kəndində ümumi sahəsi 189 kv.m olan birmərtəbəli evdə yanğın olub.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 4 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyalar 64 kv.m sahədə və dam örtüyü 110 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti