“Məni püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır” – Dino Ndlovu

12:30 - 24 Avqust 2017 - İDMAN

“Nə deyə bilərəm? “Qarabağ” məqsədinə çatdı, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hamı kimi, mən də sevincliyəm”. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”ə 1:2 hesabı ilə uduzsa da, adını qrup mərhələsinə yazdırmağı bacarıb.
Bakıya qayıdan komandanın futbolçusu Ndlovu jurnalistlərə qısa açıqlama verib. O, diqqətini artıq “Qəbələ” ilə bu həftə baş tutacaq çempionat oyununa yönəltdiyini bildirib: “Bu görüşü unudub, növbəti matç barədə düşünməliyik. Təbii ki, imza atdığımız uğur azarkeşlərimiz üçün də böyük önəm kəsb edir. Püşkatma haqda danışmaq istəmirəm. Rəqiblərimiz bilinəndən sonra fikir yürütmək olar. Məni bu dəqiqə püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır”.

Xəbər xətti