Ana səhifə
24 İyun 2018

Amerikalı həmsədr: "Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz"

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland təqaüdə çıxır. APA-nın “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə səfir Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada bildirib. R. Hoqland Dağlıq Qarabağda “dayanıqlı sülh” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb. Sadaladığı 6 elementdə səfir danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb:
Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.
İkincisi, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəetməsini təminat altına alsın.
Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. R. Hoqlandın sözlərinə görə, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.
Dördüncüsü, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.
Beşincisi, sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin olunmalıdır.
R. Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.
Sonda səfir məlumat verib ki, onu ATƏT Minsk Qrupunun həmsədri vəzifəsində Endryu Şofer əvəzləyəcək.

Tarix
24 Avqust 2017 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin