""Qarabağ"ın oyunçusuyla 3 gün oteldə hər şey etməyə söz verən Naz Dinodan danışdı: "Gözüm üstə yeri var"

11:02 - 24 Avqust 2017 - MARAQLI

Ötən gün baş tutan “Kopenhagen”- “Qarabağ” qarşıdurmasında klıubumuzun qalib gələcəyi təqdirdə verdiyi vədlə diqqət çəkən Türkiyədə evlilik verilişi ilə məşhurlaşan Naz Mila vədi ilə bağlı açıqlama verib. Naz “Qarabağ”ın qalib gələcəyi təqdirdə qol vuran futbolçunu 3 gün İstanbulun ən bahalı otelində qonaq edəcəyini və ən lüks avtomobili istifadəsi üçün verəcəyini bildirib. O, klubumuzun Çempionlar Liqasında iştirak etməyə haqq qazandığını lakin oyunu uduzduğumuz üçün vədini yerinə yetirməyə gərək qalmadığını söyləyib. “Mən “Qarabağ” qalib gələrsə qol vuran futbolçunu 3 gün İstanbulun ən bahalı otelində qonaq edəcəyimə və ən lüks avtomobili istifadəsi üçün verəcəyimə söz vermişdim. Lakin hesab 2:1 oldu. Amma canım millətimə qurban olsun. Dino gəlsə yenə gözümüz üstə yeri var”. Xatırladaq ki, Ağdamlılar səfər oyununda 1:2 hesabı ilə məğlub olsa da, səfər qolu sayəsində Azərbaycan futbolunun tarixində ilk dəfə qruplarda iştirak etməyə haqq qazanıb. (goldnews.az)

Xəbər xətti