Ana səhifə
15 Noyabr 2018

“Mənə xəstə deyənin özü xəstələnsin” - Xalq artisti

Xalq artisti Habil Əliyev ağır xəstələnməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

 

Ucnoqta.az xəbər verir ki, o AzNews.az-a açıqlamasında deyib ki, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində iştirak etməsi və orada xəstələnməsi haqda mediada yayılan məlumatların heç bir əsası yoxdur: “Kim deyirsə ki, Habil Əliyev Xoşqədəm xanımın verilişində xəstələnib, onun özü xəstələnsin. Düzdür, mən həmin verilişə dəvət almışam, ancaq xəstə olduğum üçün ora getməmişəm. Ancaq hazırda xəstə deyiləm. Kim istəsə, 4 saat müsahibə verə bilərəm”.

 

Kamança ustası Habil Əliyev, onun sağlamlığından narahatçılıq keçirən dostlarına razılıq etməyi də unutmayıb: “Uzun zamandır ki, mən evdən kənara çıxmıram. Yəni, hava soyuqdur, bu üzdən çıxa bilmirəm. Həmkarlarımdan kim sağdırsa, yeriyə bilənləri gəlib-gedir. Günüm televizora baxmaqla keçir. Əsasən əsgərlərdən, ordudan bəhs edən verilişlərə baxıram. Nəvələrim böyüyür, sabah onlar da ordumuza yarıyan əsgərlər olacaq”.

Tarix
21 Noyabr 2014 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin