“Qarabağ” Bakıya qayıdıb

09:52 - 24 Avqust 2017 - İDMAN

Ağdamın “Qarabağ” komandası vətənə dönüb. Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”lə Danimarkada qarşılaşan Azərbaycan çempionu Bakıya qayıdıb. Rəqibin meydanında 1:2 hesabı ilə uduzmasına baxmayaraq, mərhələni adlayan “Qarabağ” Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşğu ilə qarşılanıb. Futbol ictimaiyyəti, KİV nümayəndələri, azarkeşlər qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşən ilk Azərbaycan komandasının üzvlərini və məşqçi heyətini böyük sevgi ilə qarşılayıblar. “Qurban, Qurban”, “Sən bizim fəxrimizsən, “Qarabağ!” sədaları səsləndirən, futbol marşları ifa edən fanatlar tarix yazan komandanı alqışlayıb. 


Xəbər xətti