Ana səhifə
16 Yanvar 2018

Deputat: "Rusiya yaxşı bilir ki, Ermənistan hakimiyyətinə etibar etmək olmaz"

Bu gün Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, təzyiqlər fonunda Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirovun sözlərinə görə, NATO-nun keçirdiyi hərbi təlimlərə qatılması onu təsdiq edir ki, Ermənistan hər cür satqınlığa hazırdır: "Rusiya-NATO münasibətləri olduqca bərbad vəziyyətdədir və bir çox hallarda hətta düşmən münasibətlərindən söhbət gedir. NATO Rusiyanı özü üçün ən ciddi təhlükə mənbəyi hesab edir və eyni zamanda Rusiya da NATO-ya eyni mövqedən yanaşır. Belə olan vəziyyətdə özünü Rusiyanın müttəfiqi sayan Ermənistanın NATO ilə əməkdaşlıq etməsi, onun hərbi təlimlərinə qatılması bir məlum həqiqəti növbəti dəfə təsdiqləmiş olur - Ermənistanda bir xunta rejimi oturub və həmin xunta rejimi hər cür satqınlığa hazırdır".

Deputat vurğulayıb ki, bu hadisə Rusiya ictimaiyyəti, Rusiya hakimiyyəti üçün də bir həqiqəti növbəti dəfə təsdiqləyir: "Heç vaxt Ermənistandakı hakimiyyətə etibar etmək olmaz. Ermənistanın satqın mövqeyini Avropada da, Rusiyada da çox gözəl bilirlər. 3 il müddətində Ermənistan Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı danışıqlar apardı və 2013-cü ilin sentyabr ayında Sarkisyanın Moskvaya səfərinin ardınca danışıqların üzərindən xətt çəkildi, Ermənistan 3 illik danışıqlardan imtina etdi və Sarkisyan müsahibələrinin birində qeyd etdi ki, bu, bir gecənin qərarı olub. İndi də o, NATO ilə, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirib. Bu nə zaman baş verib? Rusiyaya qarşı NATO-dan, Avropadan, ABŞ-dan gələn təzyiqlər və sanksiyalar fonunda baş verib. Rusiya da yaxşı bilir ki, Ermənistan hakimiyyəti etibarlı deyil. Bu gün dost olar, sabah isə düşmən mövqeyində dayana bilər".

Tarix
24 Avqust 2017 [09:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ