Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

09:20 - 24 Avqust 2017 - HADİSƏ

Cənubi Çində baş verən "Hato" qasırğası nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Bundan əvvəl Makao xüsusi inzibati rayonunda 5 nəfərin öldüyü, 2-sinin itkin düşdüyü, həmçinin 150-dən çox yaralının olduğu məlum idi. Quandun əyalətində (Cənubi Çin) isə daha 4 nəfər ölüb və 1 nəfər itkin düşüb. Hökumət yüz minlərlə yerli sakin və turisti təhlükəsiz yerlərə köçürüb. Geniş kənd təsərrüfatı sahələrini su basıb. 1,91 mln. mülkün elektrik təchizatı kəsilib.( "Report")

Xəbər xətti