“İnşallah, “Qarabağ” qalib gəlib qrupa düşəcək”

21:15 - 23 Avqust 2017 - İDMAN

“Klubumuzun düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədədir. Komandamız yalnız uğurlu nəticəyə köklənib”. Ucnoqta.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Qol.az saytına açıqlamasında deyib. Bu gün Bakı vaxtı ilə saat 22.45-də Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin təkrar oyununda Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. Bu komandaların Bakıdakı ilk matçında “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. “İnşallah, “Qarabağ” qalib gəlib qrupa düşəcək. Biz buna inanırıq. Sizlər də, azarkeşlərimz də inansın. İnam uğurun yarısıdır” – deyə o bildirib. Ə.Çəlikəl Azərbaycan xalqının “Qarabağ”a dəstəyini yüksək qiymətləndirib: “Komandamız, klubumuz bu dəstəkdən məmnundur. Buna görə hamıya sonsuz təşəkkürlər”.

Xəbər xətti