Ana səhifə
19 Sentyabr 2018

“Akkord”la Almaniyanın Bauer şirkəti arasında anlaşma memorandumu imzalanıb

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə 1790-cı ildə yaradılan və hazırda inşaat, maşın-mexanizm istehsalı və qruntun yaxşılaşdırılması sahələrində  böyük təcrübəyə sahib, 70 ölkədə 110-dan çox törəmə müəssisəsi olan Almaniyanın BAUER şirkəti arasında yeni layihələrin öyrənilməsi və mövcüd təcrübələrin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu (Memorandum of Understanding) imzalanıb.

 

 

İmzalanma mərasimdə “Akkord” Korporasiyasının Baş direktoru Göksel Aybek, Baş direktorun müavini Samir Qasımov, Daxili layihələr qrupunun direktoru Volkan Kurt, Nəqliyyat departamentinin direktoru Hüseyn Gümüş, BAUER şirkəti tərəfdən şirkətin Baş icraçı direktoru Tomas Bauer, Yaxın Şərq bölməsi üzrə regional menecer Volfram Groh və şirkətin Azərbaycan filialının meneceri Tarkan Keloğlu iştirak ediblər.

Bu razılaşmaya əsasən, BAUER birgə layihələrdə özülün möhkəmləndirilməsi, qruntun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması, özül və qruntun drenajı üçün ən optimal və ekonomik həll yollarının müəyyən edilməsi məqsədilə texniki layihələndirmə işlərinin həyata keçirilməsinə görə cavabdeh olacaq. “Akkord” Korporasiyası, öz növbəsində, yerli tikinti avadanlıqlarının və xidmətlərin təmini, tikinti materiallarının təchizi, eyni zamanda, ümumi tikinti və qazıntı işlərinin aparılması, icazə və lisenziyaların alınması və yerli hakimiyyət orqanları ilə əlaqələrin qurulmasında məsuliyyət daşıyacaqdır.

Bir sözlə, bu memorandumun imzalanması həm əhatə sahələri, həm də, coğrafi baxımından daha geniş əməkdaşlıq imkanlarını müəyyən edəcəkdir.

Qeyd edək ki, BAUER şirkəti ilə “Akkord” Korporasiyası arasında əməkdaşlıq təcrübəsi bundan əvvəl də mövcud olmuşdur. 2013-cü ildə Korporasiyanın Gürcüstan Respublikasında icra etdiyi Kutaisi dolama yolunun tikintisi layihəsi çərçivəsində baş tutan əməkdaşlıq zamanı BAUER  “Akkord”un sifarişi əsasında svay işlərini yerinə yetirmişdir.

Kutaisi dolama yolu layihəsi hazırda “Akkord” Korporasiyasının Gürcüstanda həyata keçirdiyi ən iri infrastruktur layihəsidir. 17,3 km-lik beton yolun tikintisini nəzərdə tutan bu layihəyə 2012-ci ilin fevral ayında start verilmişdir. Layihənin sifarişçisi Gürcüstan Respublikasının Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamentidir.

Tarix
21 Noyabr 2014 [08:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin