Siçanlar prezidentin ofisinə hücum etdi

10:02 - 23 Avqust 2017 - MARAQLI

Nigeriya prezidenti Məhəmməd Buxari gəmirici heyvanların hücumuna məruz qalıb. Prezidentin ofisini siçanlar basıb. M.Buxari səhhətində yaranan problemlər səbəbilə 3 aylıq İngiltərəyə gedib. Siçanlar isə ofisin boşluğundan istifadə edərək mebellərə və havalandırma sistemlərinə zərər verib. Ofisi 3 ay müddətinə təmirə bağlanan prezident işlərini şəxsi evindən idarə edəcək. (publika.az)

Xəbər xətti