Rusiya və Türkiyə arasında 820 milyon dollarlıq razılaşma

09:40 - 23 Avqust 2017 - İQTİSADİYYAT

Rusiya və Türkiyə şirkətləri İzmirdəki beynəlxalq sərgidə 820 milyon dollar dəyərində kontraktlar razılaşdırıblar. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Rusiyanın sənaye və ticarət nazirinin müavini Georqi Kalamanov deyib. Qeyd edək ki, sərgi avqustun 18-dən 22-dək davam edib. Rusiya sərgidə tərəfdaş ölkə qismində iştirak edib.

Xəbər xətti