Gədəbəydə silah-sursat tapılıb

12:36 - 22 Avqust 2017 - HADİSƏ

Gədəbəy rayonunda silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, rayonun Pirbulaq kəndi ərazisində 18 ədəd “F-1” qumbarası, müxtəlif tipli 6 ədəd raket, 10 ədəd trotil şaşkası, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərrik, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.

Xəbər xətti