Hökməlidə 26 yaşlı gənc özünü tövlədə asdı

11:00 - 22 Avqust 2017 - HADİSƏ

Abşeron rayonunda intihar hadisəsi baş verib.Hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elxan Fikrət oğlu Burcəliyev özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.trend

Xəbər xətti