Ana səhifə
22 Fevral 2018

"İlk 100 nəfərlik siyahıya düşdüm"- FOTOLAR

Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” yarışmasının qalibi rəqqasə Oksana Rəsulova mətbuat konfransı keçirib. Rəqqasə təqdimat zamanı təəssüratlarını jurnalistlərlə bölüşüb: "Gözləmirdim ki, Hindistanda möhtəşəm bir müsabiqənin qalibi olaram. Həmin yarışmaya qatılanda 6 min nəfər arasından seçilib, ilk 100 nəfərlik siyahıya düşdüm. Daha sonra rəqiblərimə qalib gələrək birinci oldum. Çox sevincliyəm”.

 

Sənətçi Azərbaycan xalqına təşəkkür etməyi də unutmayıb: “Çox təşəkkürümü bildirəm ki, Azərbaycan xalqı mənim arxamda durdu. Məhz həmin dəstəkdən sonra azərbaycanlı olduğumu anladım. Müsabiqə müddətində təxminən gün ərzində iki saat yuxu yatırdım. Amma qazandığım nailiyyət o əziyyətə dəyər".

 

Müsabiqə barədə fikirlərini bitirən rəqqasə daha sonra yeni "Eşq" adlı klipini və albomunu dinləyicilərinə təqdim edib. Qeyd edək ki, hazırda O. Rəsulovanın pərəstişkarları ilə görüşü keçirilir. (Lent.az)

Tarix
8 Oktyabr 2014 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ