Şamaxı sakini həmyerlisini bıçaqlayıb

13:20 - 21 Avqust 2017 - HADİSƏ

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb. Şəhriyar qəsəbə sakini, 1978-ci il təvəllüdlü Xeyrullayev Laçın İkram oğlu döş qəfəsi və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Vəziyyəti ağır qiymətləndirilir.
Məlum olub ki, Laçın Xeyrullayevi Şamaxı şəhərində baş verən dava zamanı Anar adlı şəxs bıçaqlayıb. Polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilən həmin şəxs hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti